İki futbolçunu sınaqdan keçirir-  “Laçi”backend

Avropa Liqasının I təsnifat mərhələsində “Keşlə” ilə qarşılaşacaq “Laçi” heyətini gücləndirməkdə davam edir.

Sportfan.az xəbər verir ki, Albaniya klubu iki futbolçunu sınaqdan keçirir.

Bunlar “Flamurtari”nin braziliyalı yarımmüdafiəçisi Lukas Ramos və “Luftetari”nin orta sahə oyunçusu Aurel Demodur. Baş məşqçi Armando Kunqu hər iki oyunçunu “Apoloniya” ilə keçirilən yoxlama görüşündə sınayıb. Ramos və Demo özlərini yaxşı tərəfdən göstərə bilsələr, “Laçi” ilə müqavilə bağlayacaq və “Keşlə” ilə oyun üçün Bakıya gələcəklər.

Qeyd edək ki, avqustun 27-də “ASK Arena”da keçiriləcək “Keşlə” – “Laçi” görüşü 21:00-da başlayacaq.