İki futbolçusunu icarəyə göndərdi- “Qalatasaray”backend

“Qalatasaray” iki futbolçusunu “Bandırmaspor”a icarəyə göndərib.

Sportfan.az xəbər verir ki, İstanbul təmsilçisi Gökay Güney və Ferhan Evreni növbəti mövsümdən TFF 1-ci liqada mübarizə aparacaq “Bandırmaspor”a icarəyə verib.

Bu barədə “Bandırmaspor” klubundan məlumat verilib. 20 yaşlı yarımmüdafiəçi Ferhan Evren və 21 yaşlı mərkəz müdafiəçisi Gökay Güney satınalma şərti ilə bir illik icarəyə götürülüb.

“Bandırmaspor” bu iki futbolçu ilə yanaşı, “Osmanlıspor”un mərkəz müdafiəçisi Mehmet Yigitlə də anlaşıb.