İki rəqibi bilindi-  “Sumqayıt”ınbackend

Avropa Liqasında debüt edəcək “Sumqayıt” təlim-məşq toplanışını Qəbələdə davam etdirir.

Sportfan.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi” ən azı 3 yoxlama görüşü keçirməyi planlaşdırır.

İlk iki oyundakı rəqiblər və maçların tarixi artıq məlumdur. “Kimyaçılar” əvvəlcə iyulun 26-da Avropa Liqasındakı digər təmsilçimiz “Neftçi” ilə yoxlama görüşündə üz-üzə gələcək. Baş məşqçi Ayxan Abbasov ayın 30-da isə “Sabah”la qarşılaşmada yetirmələrini sınayacaq.