İkinci finalçı kim olacaq? – YENİLƏNİRbackend

Çempionlar Liqasında yarımfinal mərhələsi başa çatır.

Sportfan.az xəbər verir ki, bu gün ikinci finalçının adına aydınlıq gələcək.

Həlledici matça sonuncu vəsiqə uğrunda mübarizədə “Bavariya” ilə “Lion” qarşılaşacaq. Bir gün əvvəl PSJ “Leypsiq” üzərində qələbə qazansa da, bu dəfə Fransa-Almaniya duelində ikincilərin təmsilçisi favoritdir. Ancaq müvafiq olaraq “Yuventus” və “Mançester Siti”ni mübarizədən kənarlaşdıran “Lion” daha bir möcüzə reallaşdırmağa çalışacaq.

Cütün qalibi avqustun 23-də Lissabonun “Da Luş” stadionunda baş tutacaq finalda PSJ ilə üz-üzə gələcək.

Çempionlar Liqası
Yarımfinal
19 avqust
23:00. “Lion” (Fransa) – “Bavariya” (Almaniya)
Baş hakim:
 Antonio Mateu Lahos (İspaniya)
Lissabon. “Joze Alvalade” stadionu