İlinə 20 milyon avro istəyir- David Alababackend

“Bavariya” futbolçusu David Alaba ilə müqaviləni yeniləmək üçün danışıqlar aparır.

Sportfan.azxəbər verir ki, avstriyalı oyunçunun atası və meneceri olan Pini Zahavi klub rəhbərliyi ilə müqavilənin şərtlərini müzakirə edib.

P.Zahavi müzakirələr zamanı oğlunun dünyanın ən yaxşı mərkəz müdafiəçilərin biri olduğunu və buna uyğun maaş almasının vacibliyini söyləyib.

28 yaşlı müdafiəçinin Münhen təmsilçisindən illik 20 milyon avrodan çox maaş istədiyi vurğulanıb. Bildirilib ki, məhz bu şərt tərəflər arasında danışıqların müsbət yekunlaşmasına əngəl olur.

Qeyd olunub ki, Alaba maaşı artırılacağı təqdirdə, karyerasını “Bavariya”da bitirməyə hazırdır