İlk dəfə Qran-pri azarkeşlərlə keçiriləcək- “Formula 1”backend

“Formula 1” üzrə dünya çempionatının 9-cu mərhələsi bu gün başlayır.

Sportfan.az xəbər verir ki, Toskana Qran-prisi İtaliyada “Ferrari” komandasına məxsus Mudcello trasında olacaq.

“Ferrari” üçün bu mərhələ tarixdə 1000-ci olacaq. Yubiley yarışının evdə keçirilməsinə pandemiya səbəb olub, həmçinin cari mövsümün təqvimi yenidən hazırlanıb.

Toskana Qran-prisi bu il azarkeşlərlə keçirilən ilk Qran-pri olacaq. Təşkilatçılar 3 gün davam edəcək yarışın hər günündə tribunalara 3 min azarkeş buraxmağı planlaşdırırlar.

“Ferrari” son yarışlarda elə də yaxşı nəticə göstərmir. Bu səbəbdən, fanatlar məmnun deyil.

Toskana Qran-prisi Bakı vaxtı ilə saat 13:00-da sərbəst yürüşlə başlayacaq. Yarışa sentyabrın 13-də yekun vurulacaq.

Qeyd edək ki, hazırda “Mersedes”in pilotu Lüis Hemilton 164 xalla liderliyini davam etdirir. Onun komanda yoldaşı Valtteri Bottas 117 xalla 2-ci, “Red Bull” pilotu Maks Ferstappen 110 xalla üçüncüdür.

Konstruktorların yarışında “Mercedes” 281 xalla birinci, “Red Bull Racing Honda” 158 xalla ikinci, “McLaren Renault” 98 xalla 3-cü yerdə gedir.