İlk finalçı “Arsenal” oldu- İngiltərə kubokundabackend

İngiltərə kubokunda ilk finalçı müəyyənləşib.

Sportfan.az xəbər verir ki, buna yarımfinal mərhələsinin bu gün keçirilən oyundan sonra aydınlıq gəlib.

“Uembli” stadionunda “Arsenal”la “Mançester Siti” qarşılaşıb. Premyer Liqada uğursuz mövsüm keçirən “Arsenal” Londondakı görüşdə rəqibinə qalib gələrək, finala vəsiqə əldə edib.

Yarımfinal mərhələsinin digər oyunu iyulun 19-da “Mançester Yunayted”lə “Çelsi” (21:00) arasında keçiriləcək.

Qeyd edək ki, turnirin final qarşılaşması avqustun 1-də baş tutacaq.