“İnfantino istintaqa cəlb edilməlidir“- Blatterbackend

FİFA-nın sabiq prezidenti Zepp Blatter qurumun hazırkı rəhbəri Canni İnfantinonun idarəçiliyinə münasibət bildirib.

Sportfan.az xəbər verir ki, İsveçrədə barəsində cinayət işi açılan və futboldan uzaqlaşdırılan Blatter xələfinin qanunsuz işlərlə məşğul olduğunu düşünür.

Onun fikrincə, İnfantino istintaqa cəlb edilməlidir: “İnfantino özünü toxunulmaz hesab edir. Etika Komissiyası onun haqqında istintaq açmalıdır. Mənə qarşı edilənlər ona da təkrarlanmalıdır. Ancaq bu komissiya müstəqil deyil, çünki İnfantino onların nəzarət orqanlarını bloklayıb. Bu da narahatlıq doğuran məqamdır”.