İngiltərə klubunda ilk əcnəbi baş məşqçibackend

Sheffield United klubunda baş məşqçi təyinatı gerçəkləşib.

Sportfan.az xəbər verir ki, yeni mövsümdə Çempionşipdə mübarizə aparacaq komandanın “sükan”ı Slaviş Yokanoviçə tapşırılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Serbiyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Yokanoviç Sheffield United tarixinə ilk əcnəbi baş məşqçi kimi düşüb.

Premyer Liqada mövsümü sonuncu sırada bitirən Sheffield United Çempionşipdə mübarizə aparacaq.(matc)