İngiltərə klubunun əsas transfer hədəfi- Renat Dadaşov backend

İngiltərənin “Vulverhempton” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Çempionşip təmsilçisi “Koventri”nin əsas transfer hədəflərindən biridir.

Sportfan.az xəbər verir ki ,”Koventri  21 yaşlı hücumçu ilə yanaşı, “Monako”dan Conatan Panzonu transfer etmək istəyir.  Hər iki oyunçu üçün danışıqları davam etdirilir. Dadaşovun icarəyə verilməsinə və ya başqa kluba satılmasına baş məşqçi Nunu Eşpiritu Santu qərar verəcək.

Qeyd edək ki, Renat Dadaşov 2019-cu ilin avqustunda “Vulverhempton”la 4 illik müqavilə imzalayıb. O, hələ əsas komandada debüt etməyib.