İngiltərə kubokunda ikinci finalçı müəyyənləşib.
Sportfan.az xəbər verir ki, yarımfinal mərhələsinin növbəti oyununda “Mançester Yunayted”lə “Çelsi” üz-üzə gəlib.
Londonda baş tutan qarşılaşmada rəqibinə qalib gələn “Çelsi” adını finala yazdırıb. London klubunun həlledici matçdakı rəqibi şəhərin digər təmsilçisi “Arsenal” olacaq.
Turnirin final qarşılaşması avqustun 1-də “Uembli” stadionunda keçiriləcək.