İngiltərə Premyer Liqasında yeni mövsümün təqvimi müəyyənləşdibackend

İngiltərə Premyer Liqasında 2020/2021 mövsümünün çempionatı təqvimi açıqlanıb.

Sportfan.az qurumun saytına istinadən xəbər verir ki, ölkə çempionatında yeni mövsümə sentyabrın 12-i start veriləcək və gələn il mayın 23-ü yekun vurulacaq.

Premyer Liqada ilk turun cədvəli

12 sentyabr

“Kristal Pelas” – “Sauthempton”

“Fulhem” – “Arsenal”

“Liverpul” – “Lids”

“Tottenhem” – “Everton”

“Vest Bromviç” – “Lester”

“Vest Hem” – “Nyukasl”

14 sentyabr

“Brayton” – “Çelsi”

“Şeffild” – “Vulverhempton”

Təxirə salınan matçlar

“Bernli”– “Mançester Yunayted”

“Mançester Siti” – “Aston Villa”

Qeyd edək ki, 1-ci turun “Bernli”– “Mançester Yunayted” və “Mançester Siti” – “Aston Villa” görüşlərinin vaxtı hələ müəyyənləşməyib. Çünki Mançester təmsilçiləri avrokuboklarda çıxışlarını daha gec bitiriblər.