İngiltərədə ilin futbolçusu seçildibackend

Manchester City-nin müdafiəçisi Ruben Dias İngiltərədə ilin ən yaxşı futbolçusu seçilib.

sportfan.az xəbər verir ki, portuqaliyalı futbolçu İngiltərə Futbol Jurnalistləri Assosiasiyasının versiyasına görə bu mükafata layiq görülüb. Bu barədə Manchester City-nin mətbuat xidməti məlumat yayıb.

Dias səsvermədə Tottenham-in hücumçusu Harri Keyni və komanda yoldaşı Kevin de Bruyneni qabaqlayıb.

2020-ci ilin sentyabrından Manchester City-də çıxış edən Dias bu mövsüm Premyer Liqada 31 oyuna çıxıb