“İnter” 2 futbolçusunu istəyir- “Atalanta”nınbackend

İtaliyanın “İnter” klubu “Atalanta”nın iki futbolçusunu almağa qərar verib.

Sportfan.az xəbər verir ki, Milan təmsilçisi son mövsümlər liderlər sırasına yüksələn Berqamo klubunun aparıcı üzvləri ilə güclənməyi planlaşdırır.

“İnter” hücum xəttinə Duvan Sapatanı almağa çalışır. Yarımmüdafiəni isə Robin Qosens gücləndirməlidir.

Qeyd edək ki, “İnter” bu iki oyunçu üçün ümumilikdə 56 milyon avro ödəyəcəyi gözlənilir.