“İnter” qapıçısı ilə müqaviləni uzatdıbackend

İtaliyanın “İnter” klubunun qapıçısı Samir Handanoviç komandadakı çıxışını davam etdirəcək.

Sportfan.az xəbər verir ki, 36 yaşlı qolkiper Milan şəhərinin təmsilçisi ilə yeni müqaviləyə qol çəkib.

Sloveniya millisinin üzvü bir neçə klubdan təklif almasına baxmayaraq, “neradzurra” ilə 2021-ci ilin yayına qədər olan sözləşmə müddətini daha 1 il uzadıb. O, karyerasını məhz hazırkı komandasında bitirməyi planlaşdırır.

Qeyd edək ki, “İnter”ə 2012-ci ildə “Udineze”dən keçib.