“İnter” transferə çıxardı- 13 milyon avroyabackend

“İnter” yarımmüdafiəçisi Joao Marionu komandada saxlamayacaq.

Sportfan.az-ın xəbərinə görə, Moskva “Lokomotiv”ində icarə əsasında çıxış edən  futbolçu mövsümün sonunda İtaliyaya qayıdacaq.

“Lokomotiv”in Çempionlar Liqasına vəsiqə qazanmasına baxmayaraq, onun 18 milyon avroluq təzminat haqqını ödəmək fikrində deyil. Mario həmçinin İtaliya klubunun da gələcək planında yer almır. Bu üzdən “İnter” 27 yaşlı oyunçusunu 13 milyon avroya transferə çıxarıb.

Qeyd edək ki, Joao Marionun “İnter”lə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.