“İnter” və “Arsenal”ın sabiq qapıçısı- Super Liqa klubundabackend

“Fatih Karagümrük” heyətini yeni futbolçuyla gücləndirib.

Sportfan.az xəbər verir ki, Super Liqanın debütantı Emiliano Vivianonu transfer edib.

34 yaşlı qapıçıyla imzalanan müqavilənin detalları açıqlanmayıb. Viviano İtaliya milli komandasıyla da 6 oyuna çıxıb.

Karyerası ərzində İtaliyada “Fiorentina”, “Çezena”, “Bolonya”, “Palermo”, SPAL, “İnter”, “Breşiya”, “Sampdoriya”, İngiltərədə “Arsenal”, Portuqaliyada “Sportinq” kimi klublarda çıxış edən Viviano 2019-cu ilin setyabrından işsiz idi.