“İnter” və “Milan” qələbə qazandı, “Yuventus”dan məğlubiyyətbackend

İtaliya A Seriyasında  sonuncu – 38-ci tura start verilib.

Sportfan.az xəbər verir ki, ilk oyun günündə 5 matç keçirilib.

Çempion “Yuventus” son tur doğma meydanda “Roma”nı qəbul edib və 1:3 hesabı ilə uduzub. “İnter” səfərdə “Atalanta”nı məğlub edib – 2:0. “Milan” isə “Kalyari”yə qalib gəlib – 3:0.

1 avqust

“Breşiya” – “Sampdoriya” – 1:1
Qollar:
 Torreqrosa, 49-pen – Leris, 41

“Milan” – “Kalyari” – 3:0
Qollar:
 Klavan, 11-avtoqol, İbrahimoviç, 55, Kastilyexo, 57

“Atalanta” – “İnter” – 0:2
Qollar:
 D`Ambrosio, 1. Yanq, 20

“Yuventus” – “Roma” – 1:3
Qollar:
 İquain, 5 – Kaliniç, 23, Perotti, 44-pen, 52

“Napoli” – “Latsio” – 3:1
Qollar:
 Ruis, 9, İnsinye, 54, Politano, 90+3 – İmmobile, 22

Beləliklə, son nəticələrə əsasən, çempionatı “İnter”in 2-ci (82 xal), “Atalanta”nın 3-cü (78), “Latsio”nun 4-cü (78), “Roma”nın 5-ci (70), “Milan”ın 6-cı (66), “Napoli”nin 7-ci  (62) pillədə başa vuracağı dəqiqləşib. Bu isə o deməkdir ki, növbəti mövsüm “Yuventus”, “İnter”, “Atalanta”, “Latsio” İtaliyanı Çempionlar Liqasında təmsil edəcək.

Bundan başqa, bu mövsüm ÇL-də mübarizə davam etdirən “Napoli” və Avroliqada iştirak edən “Roma” turnirlərin qalibi olacaqları təqdirdə, növbəti mövsüm ÇL-də oynayacaqlar. Sözügedən komandalar buna nail olmasalar, gələn mövsüm “Milan”la birgə Avroliqada çıxış edəcəklər.