“İnter”, yoxsa “Şaxtyor”?backend

Bu gün Avropa Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçiriləcək.

Sportfan.az xəbər verir ki, ikinci cütdə “İnter” Donetsk “Şaxtyor”u ilə qarşılaşacaq.

Son 10 matçda uduzmayan və bunun 7-də qələbə qazanan italyanlar favorit hesab edilir. Lakin martdan bəri məğlubiyyət üzü görməyən “Şaxtyor” 2009-cu ildəki kimi, sensasiya arzusundadır.

“İnter” 22 ildən sonra 5-ci, “Şaxtyor” isə 11 ildən sonra 2-ci dəfə həlledici matça vəsiqə qazanmaq niyyətindədir.

Bu cütün qalibi avqustun 21-də Kölndə keçiriləcək final oyununda “Sevilya”ya rəqib olacaq.

Avropa Liqası
Yarımfinal
17 avqust
23:00. “İnter” (İtaliya) – “Şaxtyor” (Ukrayna)
Baş hakim: 
Şimon Marçinyak (Polşa)
Düsseldorf. “Merkur Şpil Arena”