“İnter”lə müqaviləni razılaşdırdı- Vidalbackend

“Barselona”nın futbolçusu Arturo Vidalın yeni klubu məlum olub.

Sportfan.az İspaniya xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi “İnter”lə razılığa gəlib. A Seriya təmsilçisi çilili oyunçu ilə 2+1 illik müqaviə imzalamağa hazırlaşır. Futbolçu “İnter”də illik 6 milyon avro və əlavə bonuslar qazanacaq.

Bundan əlavə Vidal “Barselona” ilə müqaviləyə xitam verməzdən əvvəl “İnter”dən 2-3 milyon avro məbləğində bonus ödəmələrini xahiş edir.

Qeyd edək ki, A.Vidal 2018-ci ildən Kataloniya klubunda oynayır