İnzagiyə yeni müqavilə- “Latsio”danbackend

“Latsio” baş məşqçisi Simone İnzagi ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Sportfan.az İtaliya mətbuatına  istinadən xəbər verir ki,  klub rəhbərliyi 44 yaşlı mütəxəssislə müqaviləni 2022-ci ilin iyununa qədər uzadacaq. Yeni müqavilə ilə baş məşqçinin maaşı da artırılacaq. O, ilinə 2 yox, 3 milyon avro qazanacaq.

Qeyd edək ki, “Latsio” hazırda A seriyasında 4-cü pillədə qərarlaşıb.