İquain məşqçi olmağı düşünmür – Səbəbibackend

“Yuventus”un hücumçusu Qonzalo İquain futbolçu karyerasını başa vurduqdan sonra məşqçi kimi işləməyi düşünmür.

Sportfan.az xəbər verir ki, bu barədə 32 yaşlı hücumçu “Fox”a açıqlamasında deyib:”Bu peşədə qaçılmaz olan zehni və psixoloji stress səbəbindən məşqçi olmayacağam. Bütün məşqçilər ağ saç rəngi ilə komandaya gəlirlər və üç ildən sonra onların saçları boz rəngə çevrilir”.