İquain “Yuventus”dan ayrılır- Agenti İtaliyaya getdibackend

“Yuventus”un futbolçusu Qonzalo İquain Turin klubundan ayrılmağa yaxındır.

Sportfan.az “Sky Sport İtalia”ya istinadən xəbər verir ki, 32 yaşlı hücumçunun agenti Turin təmsilçisi ilə 2021-ci ilin yayında başa çatacaq müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilməsi  üçün İtaliyaya gedib.

Argentinalı oyunçunun A seriyası klubundan rəsmi şəkildə ayrıldıqdan sonra gələcək karyerası ilə bağlı yekun qərarı verəcəyi bildirilir.

Qeyd edək ki, Q.İquainlə ABŞ-ın “İnter Mayami” klubu yaxından maraqlanır.