İslam Həmrəyliyi Oyunlarının qalibi öldürüldübackend

İnquşetiyanın Nazran şəhərində anti-terror əməliyyatı zamanı öldürülənlərdən birinin kimliyi bilinib.

Sportfan.az xəbər verir ki, bu, 25 yaşlı Müslim Yevloyevdir.

Yevloyev 2015-ci ildən Qırğızıstanın güləş üzrə yığma komandasının üzvü olub.

O, Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının, Yaşar Doğu kubokunun qalibi adına yiyələnib. Yevloyev həm də güləş üzrə Asiya çempionudur.