İspaniya lideri sınağa çəkir, Türkiyə səfərdə – YENİLƏNİRbackend

Bu gün Millətlər Liqasında II tur start götürəcək.

Sportfan.az xəbər verir ki, 5 qrupda 10 oyun keçiriləcək.

B liqasında mübarizə aparan Türkiyə öz qrupunda Serbiya ilə üz-üzə gələcək. Hər iki komanda ilk turda uduzduğundan meydana qələbə əzmi ilə çıxacaq. Qrupun liderləri Macarıstanla Rusiya öz aralarında münasibətlərini ayırd edəcək.

Bu liqanın digər qrupunda Uels ikinci qələbə üçün Bolqarıstanı yenməlidir. İrlandiya isə Finlandiyanı sınağa çəkəcək.

Ən güclülərin yer aldığı A liqasında Almaniya İsveçrənin qonağı olacaq. Qrupun lideri Ukrayna səfərdə İspaniya ilə görüşəcək.

C liqasının bütün matçları heç-heçə bitən 3-cü qrupunda Kosovo Yunanıstanı, Sloveniya Moldovanı qəbul edəcək. Sonuncu – D liqasında isə Andorra Farer adaları ilə, Malta Latviya ilə görüşəcək.

Qeyd edək ki, tura sentyabrın 8-də yekun vurulacaq.