İstintaq müddətində vəzifəsində qalacaq – İnfantinobackend

FİFA prezidenti Canni İnfantino İsveçrə prokurorluğunun onunla bağlı apardığı istintaq müddətində vəzifəsindən kənarlaşdırılmayacaq.

Sportfan.az xəbər verir ki, bu, qurumun bəyanatında əks olunub.

FİFA İnfantinonun postunda qalmasına əngəl olmadığını açıqlayıb: “Prezidentin öz səlahiyyətlərini icra etməsinə heç kim mane olmur. Ö, özünün FİFA-dakı funksiyalarını tam yerinə yetirməyə davam edir”.

Qeyd edək ki, İsveçrə prokurorluğu 2016-cı ilin fevralında FİFA prezidenti seçilən İnfantino ilə bağlı araşdırmaya başladığını iyulun 30-da açıqlayıb.