İtaliya A Seriyasını tərk edən son klub bilindibackend

İtaliya A seriyasını tərk edəcək 3-cü klub da müəyyənləşib.

sportfan.az xəbər verir ki, bu, 25-ci turdan təxirə salınmış Lazio – Torino matçından sonra bəlli olub.

Sözügedən görüş qolsuz başa çatıb və bu heç-heçədən sonra Lazio 68 xalla 6-cı, Torino 36 xalla 17-ci pillədə qərarlaşıb. Bu nəticə ilə Benevento-nun A seriyasını tərk edəcəyi dəqiqləşib.

Komanda hazırda 32 xalla 18-ci sırada qərarlaşıb. Benevento son turda məhz Torino-nun qonağı olacaq. Amma Turin təmsilçisi bu oyunda uduzsa belə, 17-ci pillədə qalacaq. A seriyasında son turun qarşılaşmaları 22-23 mayda keçiriləcək.

Xatırladaq ki, daha öncə 20 xalla 20-ci və 22 xalla 19-cu pillələrdə qərarlaşmış Parma ilə Crotone-nin elitanı tərk edəcəyi dəqiqləşmişdi.