İtaliya klubu ilə razılığa gəldi- Tiaqo Silvabackend

PSJ-nin kapitanı Tiaqo Silva İtaliyaya köçməyə hazırlaşır.

Sportfan.az xəbər verir ki, mərkəz müdafiəçisinin “Fiorentina” ilə danışıqları müsbət nəticələnib.

A seriyası təmsilçisi 35 yaşlı futbolçuya illik 4 milyon avro maaş və əlavə bonuslar təklif edib. Braziliyalı da bu keçidə ilkin razılığını verib. Silva Çempionlar Liqasının final matçından sonra azad agent statusu daşıyacaq.Qeyd edək ki, Tiaqo Silva ilə “Everton” və “Çelsi” də yaxından maraqlanırdı.