Millətlər Liqasının oyunları davam edir.
Sportfan.az xəbər verir ki, bu gün II turun daha 8 oyunu keçiriləcək.
Günün mərkəzi matçında Niderland İtaliya üz-üzə gələcək. A liqasının 1-ci qrupunun digər görüşündə isə Bosniya və Herseqovina Polşanı qəbul edəcək.
B liqasının 1-ci qrupunda Avstriya Rumıniyanı, Şimali İrlandiya Norveçi sınağa çəkəcək. 2-ci qrupda Çexiya Şotlandiyanı, İsrail Slovakiyanı məğlub etməyə çalışacaq. Düzdür, iki nümayəndəsində koronavirus aşkarlanan Çexiya millisinin görüşünün təxirə salınması gündəmdə idi. Lakin sonda qarşılaşmanın keçirilməsinə qərar veriib.
C liqasının 4-cü qrupunda turnirə qələbə ilə başlayanlar ev matçına çıxacaq. Qazaxıstan Belarusu, Albaniya Litvanı qonaq edəcək.
Qeyd edək ki, II tura sentyabrın 8-də yekun vurulacaq.
Millətlər Liqası
II tur
7 sentyabr
C liqası, 4-cü qrup
18:00. Qazaxıstan – Belarus
22:45. Albaniya – Litva