İtaliyalı məşqçi ilə müqaviləyə xitam verildibackend

Cagliari baş məşqçi Eusebio Di Françesko ilə müqaviləyə xitam verib.

Sportfan.az  xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Cagliari Di Françeskonu fevralın 22-də istefaya göndərmişdi. Lakin onun klubla müqaviləsi qüvvədə idi. İyunun 7-də tərəflər qarşılıqlı razılıq əsasında həmin müqaviləyə xitam veriblər.