Jiru ilə razılığa gəldi- “Yuventus”backend

“Çelsi”nin hücumçusu Olivye Jiru “Yuventus”a keçə bilər.

Sportfan.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin klubu fransalı futbolçu ilə razılığa gəlib.

Tərəflərin 2 illik müqavilə imzalayacağı bildirilib. 33 yaşlı forvardın ilinə 4.5 milyon avro qazanacağı qeyd olunub.

O da bildirilib ki, “Yuventus” transfer pəncərəsinin son günlərinə kimi tələsmək istəmir. İtaliya çempionu başqa cəlbedici transfer olmasa, o zaman Jiru ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Fransa millisinin üzvü 2018-ci ildə “Arsenal”dan “Çelsi”yə keçib.