Joao Feliks zədəsini sağaltdıbackend

“Atletiko”nun hücumçusu Joao Feliks zədəsini tam sağaldıb.Sportfan.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Portuqaliyalı futbolçu La Liqanın 38-ci turunda “Real Sosyedad”la bugünkü qarşılaşmada meydana çıxa biləcək.

Qeyd edək ki, 20 yaşlı futbolçu “Atletiko”nun son üç oyununu zədə səbəbindən buraxmalı olmuşdu.