Karyerasını bitirmək niyyətində deyil- Maykl Essyenbackend

“Səbail”in sabiq futbolçusu Maykl Essyen karyerasını bitirmək niyyətində deyil.

Sportfan.az-ın məlumatına görə, bu barədə “Marca” nəşri məlumat yayıb.

Bildirilir ki, Azərbaycandan yeni ayrılan qanalı ulduz futbolçunun 38 yaşı olmasına baxmayaraq, futboldan getmək fikri yoxdur. Məşhur futbolçu  hazırda özünə yeni komanda axtarır.

Qeyd edək ki, Maykl Essyen ötən ilin martından 2019/20 mövsümünün sonuna qədər “Səbail”in formasını geyinib.