“Kasilyas artıq  adını futbol tarixinə yazdırıb”- Messibackend

İspaniya “Barselona”ının kapitanı Lionel Messi “Real Madrid”in sabiq qapıçısı İker Kasilyasın karyerasını başa vurmasına münasibət bildirib.

Sportfan.az xəbər verir ki, argentinalı hücumçu ispaniyalı qapıçının adını futbol tarixinə çoxdan yazdırdığını söyləyib.

33 yaşlı forvard Kasilyasın təkcə İspaniyada deyil, beynəlxalq arenada da bütün titulları qazandığını xatırladıb: “İker mükəmməl qapıçı idi. Ona qarşı oynamaq hər zaman çətin olub. Geriyə baxanda deyə bilərəm ki, bu, bizi öz imkanlarımızdan daha yuxarı səviyyədə oynamağa vadar edən gözəl rəqabət olub”.

Qeyd edək ki, 2019-cu ilin mayında infarkt keçirən İker Kasilyas ötən mövsüm Portuqaliya “Portu”sunun heyətində meydana çıxmayıb.

1998 – 2015-ci illərdə “Real Madrid”in formasını geyinmiş əfsanəvi qapıçının doğma klubunda prezident Florentino Peresin müşaviri vəzifəsində çalışacağı gözlənilir.