“Kayserispor”da yeni baş məşqçi-  Prosineçki gedirbackend

Türkiyənin “Kayserispor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportfan.az xəbər verir ki, müqaviləsi başa çatan Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkini yerli çalışdırıcı əvəzləyəcək.

Super Liqada sonuncu olmasına baxmayaraq, Türkiyə Futbol Federasiyasının komanda sayını artırmaq qərarına görə elitada qalan Kayseri təmsilçisi Bayram Bektaşla anlaşıb. Onunla 2 illik müqavilə imzalanacaq.

Mütəxəssisin son iş yeri Türkiyə millisi olub. Bektaş baş məşqçi Şenol Günəşin köməkçisi kimi çalışıb. O, bunadək “Elazığspor”, “Qaziantep BB”, “Ümraniyəspor”, “Göztəpə” və “Ankaragücü”nə rəhbərlik edib.