“Keşlə”  braziliyalı futbolçu transfer etdibackend

Bakının “Keşlə” klubu növbəti transferini reallaşdırıb.

Sportfan.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, braziliyalı yarımmüdafiəçi Alvaro Tavareş Premyer Liqa təmsilçisi ilə anlaşıb.

Futbolçu mövsümün sonuna qədər “Keşlə”nin şərəfini qoruyacaq.

Qeyd edək ki, son olaraq Ukraynanın “Lvov” klubunda çıxış edən 25 yaşlı Tavareş ötən mövsüm Ukrayna Premyer Liqası çərçivəsində 18 oyun keçirib və 3 qola imza atıb.