Keşlə-də rəsmi ayrılıqbackend

Azərbaycan kubokunun son qalibi “Keşlə”nin futbolçusu Vüsal İsgəndərli komandadan ayrılıb.

Sportfan.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi bu barədə Feysbuk səhifəsində məlumat paylaşıb. O, hər şeyə görə “Keşlə”yə təşəkkür edib.

Qeyd edək ki, Vüsal İsgəndərli 2019-cu ildən “Keşlə”də çıxış edirdi.