“Keşlə” də sifariş ərizəsini UEFA-ya təqdim etdibackend

“Keşlə” Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Laçi” ilə keçiriləcək oyun üçün sifariş ərizəsini UEFA-ya təqdim edib.

Sportfan.az klubun rəsmi mətbuat xidmətinə istinadən xəbər verir ki, Albaniya təmsilçisi ilə oyun üçün 3 qapıçı, 8 müdafiəçi, 9 yarımmüdafiəçi və 2 hücumçu sifariş edilib.

Qapıçılar: Kamal Bayramov, Stanislav Namaşko, Əkbər Əliyev

Müdafiəçilər: Tural Axundov, Şəhriyar Əliyev, Ruslan Əmircanov, Miyusko Boyoviç, Tərlan Quliyev, Azər Salahlı, İlkin Qırtımov, Artur Batista

Yarımmüdafiəçilər: Rəhman Hacıyev, Cavid İmamverdiyev, Vüsal İsgəndərli, Con Kamara, Dmitro Klyots, Rafael Məhərrəmli, Şahruh Qadoyev, Turan Vəlizadə, Seymur Əsədov

Hücumçular: Aleksandr Kristovao, Silvio Junior

Qeyd edək ki, avqustun 27-də Bakıda “ASK Arena”da keçiriləcək “Keşlə” – “Laçi” görüşü saat 21:00-da başlayacaq.