“Keşlə” dən növbəti transferbackend

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək “Keşlə” növbəti transferini reallaşdırıb.

Sportfan.az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi qapıçı Kamal Bayramovla mövsümün sonuna qədər müqavilə imzalayıb.

Son klubu “Səbail” olan 34 yaşlı qolkiper Azərbaycan Premyer Liqasının 2019/2020 mövsümündə 11 qarşılaşmada meydana çıxıb.

Qeyd edək ki, “Keşlə” Avropa Liqasının I təsnifat mərhələsində Albaniyanın “Laçi” klubu ilə üz-üzə gələcək. Avqustun 27-də “ASK Arena”da keçiriləcək oyun saat 21:00-da başlayacaq.