“Keşlə”də ukraynalı futbolçubackend

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Keşlə” klubu növbəti futbolçu transferini gerçəkləşdirib.

Bu barədə komandanın baş məşqçisi Tərlan Əhmədov məlumat verib.

49 yaşlı mütəxəssis ukraynalı Dmitri Klyotsun keçidini həll etdiklərini bildirib: “Son olaraq Lvov “Karpatı”sında çıxış etmiş bu futbolçu artıq Bakıdadır. Orta sahə oyunçusudur, həm oyun qurucusu mövqeyində çıxış edir, həm də dayaq yarımmüdafiəçimiz Con Kamara ilə tandem yarada bilər. Bu legionerlə müqavilə imzalayaraq keçidi rəsmiləşdirəcəyik”.

Klyotsun peşəkar karyerası yalnız yetirməsi olduğu “Karpatı”ya bağlı olub. 24 yaşlı yarımmüdafiəçi​ ​ 2013-cü ildən şərəfini qoruduğu Lvov təmsilçisində 101 oyunda 1 qol vurub.​

Qeyd edək ki, bu, “Keşlə”nin mövsümlərarası fasilədə ilk legioner transferidir. Premyer Liqanın bürünc medalçısı bunadək yalnız yerli futbolçuların keçidinə imza atıb.​(report.az)