“Keşlə”dən 11-ci transferbackend

“Keşlə” növbəti transferini reallaşdırıb.

Sportfan.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Bakı klubu son 4 ili “Sumqayıt”da keçirən Rail Məlikovla anlaşıb.

34 yaşlı oyunçu qəsəbə təmsilçisi ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. Məlikov həmçinin “Bakı”, “Neftçi”, “Qəbələ”, AZAL, həmçinin Türkiyənin “Denizlispor” klublarında çıxış edib.

Qeyd edək ki, Məlikov “Keşlə”nin yay fasiləsindəki 11-ci transferi olub. Ona qədər komanda Tural Axundov, Şəhriyar Əliyev, Cavid İmamverdiyev, Rəhman Hacıyev, Turan Vəlizadə, Dmitri Klots, Silvio Rodrigez Perreyra Junior, Kamal Bayramov, Artur Batista de Souza və Rafael Məhərrəmlini heyətinə qatıb.