“Keşlə”nin rəqibindən növbəti transferbackend

“Keşlə”nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Laçi” heyətinə daha bir futbolçu qatmağa hazırlaşır.

Sportfan.az saytının məlumatına görə, kosovolu yarımmüdafiəçi Mentor Mazrekay Albaniya təmsilçisinə keçməyə yaxındır.

Son klubu “Llapi”dən bu ilin yanvarında ayrılan və 8 aydır klubsuz olan 31 yaşlı hücumameyilli oyunçu “Laçi”dən təklif alıb. Əvvəllər Albaniyada “Partizani”nin formasını geyinmiş Mazrekay özü də həmin ölkəyə qayıtmaqda maraqlıdır. Albaniya vətəndaşlığı da olan futbolçunun tezliklə münasibətləri rəsmiləşdirməsi gözlənilir.