KİV: Ronaldunun agenti onu “Barselona”ya təklif etdibackend

İtaliya təmsilçisi “Yuventus”da çıxış edən Kriştianu Ronaldunun agenti Jorje Mendeş futbolçunu İspaniya “Barselona”sı daxil olmaqla bir neçə kluba təklif edib.

Sportfan.az  xəbər verir ki, bu barədə jurnalist Gilerme Balaqe “BBC Radio”ya açıqlamasında bildirib. Onun sözlərinə görə, agent 35 yaşlı hücumçu üçün müxtəlif klublarla əlaqə qurub.

Mendesin təklifini alan komandaların arasında “Barselona” ilə yanaşı, Fransa PSJ-si və bir neçə Şimali Amerika təmsilçisi olub.

Jurnalistin sözlərinə görə, Ronaldu “Qızıl top” mükafatını qazana biləcəyi komandaya keçmək istəmir. Balaqe deyib ki, portuqaliyalı forvardın əsas hədəfi illik 23 milyon avro qazanmaqdır.