Klaudio Pisarro futboldan getdi- 41 yaşındabackend

Almaniyanın “Verder” klubunun hücumçusu Klaudio Pisarro karyerasını bitirib.

Sportfan.az xəbər verir ki, 41 yaşlı futbolçu qərarını “Haydenhaym”la pley-off matçından (2:2) sonra açıqlayıb.

Qeyd edək ki, peru millisinin sabiq üzvü “Çelsi”, “Bavariya” kimi klubların da şərəfini qoruyub. O, ümumilikdə 6 dəfə Bundesliqa çempionluğunu qazanıb.