Klub tarixinin rekord transferini açıqladı- “Çelsi”backend

“Çelsi” “Bayer”in yarımmüdafiəçisi Kay Havertsin transferini rəsmiləşdirib.

Sportfan.az  xəbər verir ki, klub rəsmi saytı vasitəsilə keçidi bəyan edib.

Almaniya millisinin düşərgəsini tərk edərək İngiltərəyə yollanan 21 yaşlı orta sahə oyunçusu yeni komandası ilə sözləşməyə qol çəkib. Bu keçid ingilislərə 90 milyon avroya başa gəlib. “Bayer” daha 20 milyon avro bonus əldə edə bilər. Bununla Haverts “zadəganlar”ın tarixinin ən bahalı transferi olubQeyd edək ki, “Çelsi” yay fasiləsində həmçinin Timo Verner, Hakim Ziyeş, Ben Kiluell, Malanq Sarr və Tiaqo Silvanı da heyətinə qatıb.