Klubdakı gələcəyi ilə bağlı açıqlama verib- Zidanbackend

“Real”ın baş məşqçisi Zinəddin Zidan klubdakı gələcəyi ilə bağlı açıqlama verib.

Sportfan.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, gələn mövsüm Madrid klubunu çalışdırıb-çalışdırmayacağı sualına cavab olaraq deyib:

“Heç kim nə baş verəcəyini bilmir. Müqaviləm var, bu klubda olmaqdan xoşum gəlir. Amma futbolda nələrin baş verə biləcəyini heç bilmirsən. Burada yalnız bir gündən digərinə keçirsən. İrəlidə məni nə gözlədiyini bilmirəm”.

Qeyd edək ki, Zidanın “Real”la müqavilasi 2022-ci ilin yayında başa çatır.