Klublarımızın transfer çalışmaları- Yenilənirbackend

Azərbaycan Premyer Liqası klubları 2020/21 mövsümünün transfer çalışmalarına başlayıblar.

Sportfan.az xəbər verir ki, hələlik yay transfer pəncərəsi açılmasa da, klublarımızdan bəziləri heyətini gücləndirib, bəziləri oyunçularının müqavilələrini uzadıb. Bəzi klublar isə lazım olmayan futbolçuları göndərib.

Qeyd edək ki, koronavirusa görə milli çempionatlarda böyük fasilə yarandığından bu mövsüm yay transfer pəncərəsinin açılması ləngiyir. Transfer pəncərəsinin iyulda başlayıb, oktyabrda bitəcəyi gözlənilir.

 

“Qarabağ”

Gələnlər: Donald Gerye, Emil Balayev, Kevin Medina

Gedənlər: Maqaye Qeye, Vaqner da Silva, Ailton Silva, Faysal Rerras, Rəşad Sadıqov (karyerasını bitirib), Nicat Mehbalıyev (“Sabah”), Miçel, Araz Abdullayev

Müqavilə müddətini uzadan:

 

“Neftçi”

Gələn: Cabir Əmirli (“Keşlə”), Fəhmin Muradbəyli (icarədən qayıdıb), Yusuf Laval, Sabir Buqrin

Gedənlər: Vild-Donald Gerye, Tural Axundov, Soni Mustivar, Vangelis Platellas, Baqali Dabo, Rəhman Hacıyev (“Keşlə”, icarə), Dario Frederiko

Müqavilə müddətini uzadanlar: Anton Krivotsyuk, Emin Mahmudov, Ömər Buludov, Kamran İbrahimov, Aqil Məmmədov

 

“Keşlə”

Gələnlər: Tural Axundov (“Neftçi”), Şəhriyar Əliyev (“Sumqayıt”), Cavid İmamverdiyev (Sabah”), Rəhman Hacıyev (“Neftçi”, icarə)

Gedənlər: Cabir Əmirli (“Neftçi”), Ruslan Qurbanov, Slavik Alxasov (“Sabah”), Əfran İsmayılov, Tural Bayramlı, Murad Ağayev, Lorenzo Frutos və Franko Flores

Müqavilə müddətini uzadanlar: Ruslan Əmircanov, Tərlan Quliyev, Azər Salahlı, Vüsal İsgəndərli, Miyusko Boyoviç,  İlkin Qırtımov, Rəşad Əzizli, Con Kamara, Stanislav Namaşko, Aleksandr Kristovao

 

“Sumqayıt”

Gələn: Tellur Mütəllimov, Elvin Məmmədov

Gedən: Şəhriyar Əliyev (“Keşlə”), Mehdi Şərifi, Aleksey İsayev (“Sabah”), Peyman Babayi

Müqavilə müddətini uzadan: Ayxan Abbasov (baş məşqçi), Mehdi Cənnətov, Elvin Bədəlov, Vurğun Hüseynov, Rəhim Sadıxov

 

“Zirə”

Gələnlər: Rəşad Sadıqov (baş məşqçi), Klesio Bauk (“Qəbələ”), Rəşad Eyyubov (“Sabah”) və Kərim Diniyevlə (“Sabah) bir, Sərtan Taşqınla (“Sumqayıt”),  Şəhriyar Rəhimov, Ruslan Qurbanovl, Rəşad Əzizli, Tural Bayramlı

Gedənlər: Zaur Həşimov (baş məşqçi), Emil Balayev, Cavid Hüseynov, Tellur Mütəllimov, Orxan Sadıqlı, Yovan Krneta, Miloş Bakraç, Boyan Zoqoviç, Şafik Tiqrudca, Adrian Skarlatake, Nicat Süleymanov, Riçard Qadze, Mfo Kqasvane, Bəxtiyar Həsənalızadə, Alvaro Ampuero

Müqavilə müddətini uzadan: Abdulla Seyidəhmədov

 

“Sabah”

Gələnlər: Amin Seydiyev, Samir Məhərrəmli, İdris İnqilablı (hamısı “Qəbələ”), Slavik Alxasov (“Keşlə”), Nicat Mehbalıyev (“Qarabağ”), Aleksey İsayev (“Sabah”), Visente Qomes (baş məşqçi), Camal Cəfərov

Gedənlər: Marko Deviç (karyerasını bitirib), Kərim Diniyev, Vadim Abdullayev,  Cavid İmamverdiyev (“Keşlə”), Məqsəd İsayev, Rəşad Eyubov, Jelko Sopiç (baş məşqçi)

Müqavilə müddətini uzadan: Xulio Sezar Rodriges, Saşa Stamenkoviç

 

“Səbail”

Gələn: Məqsəd İsayev

Gedənlər: Fəhmin Muradbəyli (“Neftçi”), Şəhriyar Rəhimov, Maykl Essyen, Eltun Yaqublu (karyerasını bitirib)

Müqavilə müddətini uzadanlar: Aftandil Hacıyev (baş məşqçi), Orxan Qurbanlı, Bahadur Həziyev, Adil Nağıyev, Peyman Keşavarz, Elçin Rəhimlinin müqaviləsi Rauf Əliyev, Mabidi Çikito Lema, Elxan Əhmədov, Kamal Bayramov

 

“Qəbələ”

Gələn:

Gedənlər: Amin Seydiyev, Samir Məhərrəmli, İdris İnqilablı (hamısı “Sabah”)

Müqavilə müddətini uzadan: