Klublarımızın transfer çalısmaları- Yenilənirbackend

Erkən başa çatdırılan Azərbaycan Premyer Liqasının təmsilçiləri 2020/21 mövsümünün çalışmalarını davam etdirirlər.

Sportfan.az saytının məlumatına görə, koronavirus pandemiyasının yaratdığı problemlər səbəbindən klublar transfer bazarında o qədər də fəallıq nümayiş etdirə bilmirlər.

Əvəzində məşqçilər korpusuna lazım olmayan futbolçular müəyyənləşdirilərək, yola salınır. Bu mənada “Qarabağ”, “Neftçi” və “Keşlə” xüsusilə diqqət çəkir. “Zirə”, “Sabah” və “Qəbələ”də də ilk ayrılıqlar olub. Yalnız “Sumqayıt” və “Səbail”də sakitlik hökm sürür.

Heyətə cəlb edilən oyunçulara gəldikdə, elita təmsilçiləri hələlik yerli transferlərlə kifayətlənməli olurlar. Bu mənada “Sabah” və “Keşlə” cəld tərpənib. Həmçinin “Neftçi”də də ilk keçid reallaşıb.

“Qarabağ”
Gələn: yoxdur
Gedənlər: Nicat Mehbalıyev (“Sabah”), Rəşad Sadıqov (karyerasını bitirib), Ailton Silva (“Ştutqart”, Almaniya: icarə müddəti başa çatıb), Maqaye Qeye, Vaqner da Silva, Faysal Rerras, Nicat Süleymanov
Müqavilə müddətini uzadan: yoxdur

“Neftçi”
Gələn: Cabir Əmirli (“Keşlə”)
Gedənlər: Tural Axundov (“Keşlə”), Rəhman Hacıyev (“Keşlə”: icarəyə), Soni Mustivar, Vangelis Platellas, Baqali Dabo, Vild-Donald Gerye
Müqavilə müddətini uzadanlar: Anton Krivotsyuk, Emin Mahmudov, Ömər Buludov, Kamran İbrahimov, Rəhman Hacıyev

“Keşlə”
Gələnlər: Tural Axundov (“Neftçi”), Şəhriyar Əliyev (“Sumqayıt”), Cavid İmamverdiyev (“Sabah”), Rəhman Hacıyev (“Neftçi”: icarəyə)
Gedənlər: Cabir Əmirli (“Neftçi”), Slavik Alxasov (“Sabah”), Rəşad Sadiqov (karyerasını bitirib), Ruslan Qurbanov, Əfran İsmayılov, Tural Bayramlı, Murad Ağayev, Lorenzo Frutos, Franko Flores
Müqavilə müddətini uzadanlar: Ruslan Əmircanov, Tərlan Quliyev, Azər Salahlı, Vüsal İsgəndərli, Miyusko Boyoviç, Con Kamara, Rəşad Əzizli, İlkin Qırtımov, Stanislav Namaşko

“Sumqayıt”
Gələn: yoxdur
Gedənlər: Şəhriyar Əliyev (“Keşlə”), Aleksey İsayev (“Sabah”), Mehdi Şərifi
Müqavilə müddətini uzadan: yoxdur

“Zirə”
Gələn: yoxdur
Gedənlər: Zaur Həşimov (baş məşqçi), Anastasios Papazoğlu, Miloş Bakraç, Yovan Krneta, Orxan Sadıqlı, Alvaro Ampuero, Adrian Skarlatake
Müqavilə müddətini uzadan: Abdulla Seyidəhmədov

“Sabah”
Gələnlər: Amin Seydiyev, Samir Məhərrəmli, İdris İnqilablı (hamısı “Qəbələ”), Slavik Alxasov (“Keşlə”), Nicat Mehbalıyev (“Qarabağ”), Aleksey İsayev (“Sumqayıt”)
Gedənlər: Jelko Sopiç (baş məşqçi), Marko Deviç (karyerasını bitirib), Cavid İmamverdiyev (“Keşlə”), Kərim Diniyev, Vadim Abdullayev, Məqsəd İsayev, Rəşad Eyubov
Müqavilə müddətini uzadanlar: Xulio Sezar Rodriges, Saşa Stamenkoviç

“Səbail”
Gələn: yoxdur
Gedənlər: yoxdur
Müqavilə müddətini uzadan: yoxdur

“Qəbələ”
Gələn: yoxdur
Gedənlər: Amin Seydiyev, Samir Məhərrəmli, İdris İnqilablı (hamısı “Sabah”)
Müqavilə müddətini uzadan: yoxdur