Klüyvertin təyinatını istəyirlər- “Barselona” futbolçularıbackend

“Barselona”lı futbolçular baş məşqçi Kike Setyenin vəzifəsindən getməsinə tərəfdardırlar.

Sportfan.az-ın xəbərinə görə, bu haqda İspaniyamətbuatı məlumat yayıb. İddia edilir ki, onlar bu vəzifəyə Patrik Klüyvertin təyinatını arzulayırlar. İddia edilir ki, futbolçular “Napoli” ilə Çempionlar Liqasının 1/8 final matçına qədər dəyişikliyin baş tutmasını istəyirlər. “Onun futbolçularla əla münasibəti var” – deyə bildirilb.

Xatırladaq ki, 44 yaşlı Klüyvert hazırda “Barselona” akademiyasının direktorudur. O, AZ, “Neymeqen”, Niderland millisində köməkçi məşqçi, “Ayaks” və “Tvente”də gənclər komandasının baş məşqçisi olub.