“Koronavirus mənə meydan oxumağa cəsarət etdi” – İbrahimoviçbackend

“Milan”ın futbolçusu Zlatan İbrahimoviç koronavirusa yoluxması ilə bağlı fikirlərini bildirib.

Sportfan.az xəbər verir ki, 39 yaşlı hücumçu bu barədə şəxsi Tvitter hesabında paylaşım edib. O, vəziyyətinin yaxşı olduğunu qeyd edib:

“Dünənki testin nəticəsi mənfi, bugünkü isə müsbət oldu. Heç bir narahatlığım yoxdur. Koronavirus mənə meydan oxumağa cəsarət etdi. Məncə, pis ideyadır”.

Xatırladaq ki, Zlatan İbrahimoviç bu gün Avropa Liqasının 3-cü təsnifat mərhələsinin Norveçin “Bodo Qlimt” klubu ilə qarşılaşmanı buraxacaq.